• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda suvarılan sahələrin iki dəfədən çox artırılması hədəfləyir

Azərbaycanda suvarılan sahələrin iki dəfədən çox artırılması hədəfləyir
11.06.2026 14:30

İxtisaslaşmış rayonlarda buğda məhsuldarlığının hazırkı 4 tondan 5 tona çatdırılması hədəflənir. Bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, istehsal həcminin təxminən 20% artmasına və ölkənin özünütəminetmə səviyyəsinin yüksəlməsinə imkan verəcək.

Hüseynov qeyd edib ki, bu məqsədlə yeni subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Müasir suvarma sistemlərinin quraşdırılmasının dəstəklənməsi davam etdiriləcək, mexanizm daha da təkmilləşdiriləcək.


“Lazer mala tətbiqini düşünürük. Bu, torpağın hamarlanması işlərinin yaxşılaşdırılmasını nəzərdə tutur və məhsuldarlığa birbaşa ciddi təsir göstərir. Lazer mala tətbiq edən fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur”, - Hüseynov bildirib.


Onun sözlərinə görə, pambıqçılıq sahəsində də məhsuldarlığın artırılması əsas hədəflərdəndir. İxtisaslaşmış rayonlarda pambıq məhsuldarlığının hazırkı 36 sentnerdən 50 sentnerə çatdırılması planlaşdırılır.


Hüseynov bildirib ki, ilk dəfə pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Bu mexanizm pambıq emalı sənayesinin inkişafını təşviq edəcək.


ATM direktorunun sözlərinə görə, pambıq emalı üzrə iki yeni müəssisənin yaradılması da planlaşdırılır və bu istiqamətdə artıq müraciətlər var.


Rəşad Hüseynov əlavə edib ki, ölkədə müasir suvarma sistemləri ilə təminatın yaxşılaşdırılması əsas prioritetlərdəndir. Hazırda 130 min hektar sahədə tətbiq olunan müasir suvarma sistemlərinin 300 min hektara çatdırılması hədəflənir.


O qeyd edib ki, müasir suvarma tətbiq edilən buğda sahələrində məhsuldarlıq 5 tona və daha yüksək səviyyəyə qalxa bilir.


Bundan başqa, torpaqların parçalanmasının qarşısını almaq üçün pilot konsolidasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə ilkin mərhələdə Qəbələ və Salyan rayonlarında 20 min hektar sahəni əhatə edəcək.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol