• $
  • €
  • ₽
  • ₺
  • £

Hava yenidən sabitləşəcək

Hava yenidən sabitləşəcək
03.12.2013 12:08
Azərbaycanda bu gün müşahidə ediləcək soyuq hava şəraiti çox qısamüddətli olacaq. Dekabrın 4-də gündüzdən ölkə ərazisində hava şəraiti yenidən sabitləşəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, sabah gündüzdən ölkə ərazisində küləyin sürəti zəifləyəcək, yağıntılar kəsiləcək. Havanın temperaturu əvvəlki günlə müqayisədə nisbətən artacaq. Sabah Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 6-7 dərəcə olacağı gözlənilir.Bu gün Abşeron yarımadasında temperaturun anomal gedişi proqnozlaşdırılır.Nazirlikdən bildirilib ki, artıq soyuq atmosfer kütləsi ölkə ərazisindən keçir, bir sıra rayonlarda küləyin güclənməsi müşahidə edilir. Rayonlarda hazırda küləyin sürəti saniyədə 17 metr qeydə alınır. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 20-22 metr/saniyədir.Günün ikinci yarısında - axşama doğru küləyin daha da güclənəcəyi və sürətinin saniyədə arabir 28-30 metrə çatacağı proqnozlaşdırılır. Bu gün Abşeron yarımadasında səhər saatlarında 10-12 dərəcə isti olduğu halda, günün ikinci yarısında küləyin daha da güclənməsi ilə əlaqədar temperatur 8-10 dərəcəyə enəcək. Axşam saatlarında - gecəyə doğru temperatur 2 dərəcə istidən yüksək olmayacaq.Axşam havanın yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.Bu gün qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol