• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax Mərkəzi Xəstəxanası ilə bağlı şok iddia

Qazax Mərkəzi Xəstəxanası ilə bağlı şok iddia
03.12.2013 10:31
Qazax mərkəzi rayon xəstəxanası 5 aydir sökülməsinə baxmayaraq, yeni binanin tikilməsi hələ də ləngiyib. Bu müddətdə isə xəstəxananın həyətində olan 50-yə yaxın yaşıl şam ağacını kəsməklə işci qrup vəzifəsini bitmiş hesab edib.ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, köhnə xəstəxananin yerində isə, rayon səhiyyə idarəsinin nəzdində yerləşən uşaq xəsətəxanası, diş poliklinikasi, doğum evi şöbə kimi fəaliyyət göstərəcəklər.Lakin rayon mərkəzi xəstəxanası söküldüyü gündən xəstələr Rayon Diaqnostika Mərkəzində müalicə alırlar. Ancaq mərkəz xəstələrin qəbulu üçün yetərli deyil və sıxlığın yaranmasına səbəb olur. Belə olan halda, bəzi xəstələr evlərində müalicə almalı olurlar. Qeyd edək ki, xəstəxananin həkim kollektivi də bu vəziyyətdə müxtəlif şöbələrdə işləməli olublar .Qazax səhiyyə idarəsində adının acıqlanmasını istəməyən tibb personallarından biri ANS PRESS-ə maraqlı məlumat verib. Onun sözlərinə görə, xəstəxana binası hələ sökülməmişdən bir ay əvvəl 60 min manata bir sahibkara satılıbmış. Bu səbəbdən də rayon rəhbərliyinin yaratdiği işci qrup tərəfindən 1 ay müddətində yavaş- yavaş sökülüb və söküntüdən çıxan materiallar isə Qazax və Ağstafa sakinlərinə satilib. Hələ bu ilin ilk ayında yeni xəstəxananin tikilməsi haqda sənəd təsdiq olunsa da, yaz aylarında hazırda sökülən xəstəxanaya külli miqdarda vəsait ayrılaraq, yeni istilik sistemi və əsaslı təmir işləri aparilmışdı. Baxmayaraq ki, xəstəxana həmin təmir işlərindən bir necə ay sonra yerlə-yeksan olunacaqdı.Xəstəxananin baş həkimi Arzu Novruzov isə, məsələ ilə bağlı hec bir fikir bildirmək istəmədi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol