Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər 
Daha çox 























