• $
  • €
  • ₽
  • ₺
  • £

ADY yay qrafikinə keçir

ADY yay qrafikinə keçir
29.06.2026 18:24

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.

ADY-dən bildirilir ki, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.

31 avqust tarixinə qədər Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.

Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, 1 iyul tarixindən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

6 iyun tarixindən başlayaraq rayonlararası istiqamətlər üzrə qatar səfərləri Dərnəgül stansiyasından da təşkil olunur. Bu, sərnişinlər üçün daha rahat və əlçatan nəqliyyat imkanları yaradır.

Bundan başqa, 1 iyul tarixindən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək. Yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək. Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.

Yay mövsümünə keçidlə əlaqədar sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı və biletləri vaxtında əldə etməyi tövsiyə edirik.

İyulun 1-dən etibarən isə yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol