• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib

Vətəndaşlara çimərliklərdə təhlükəsizlik qaydaları izah edilib
26.07.2026 14:32

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə məlumat verilib.

FHN-dən  verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə nazirliyin Bakı, Sumqayıt, Cənub və Şimal regional mərkəzləri tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, Sumqayıt şəhərində, eləcə də Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə maarifləndirmə tədbirləri təşkil edilib.

Tədbirlər zamanı əməkdaşlar vətəndaşlara sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verərək bu qaydalara əməl etməyin vacibliyini diqqətə çatdırıblar. Həmçinin qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena normalarına riayət olunmasının, uşaqların nəzarətsiz buraxılmamasının və zərərçəkənlərə ilkin yardım göstərilməsi qaydalarının əhəmiyyəti izah edilib.

Bununla yanaşı, vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün görülməli zəruri tədbirlərlə bağlı tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol