• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vergi daxilolmaları yeddi ayda 11,5 milyard manatı ötüb

Azərbaycanda vergi daxilolmaları yeddi ayda 11,5 milyard manatı ötüb
07.08.2026 11:02

2026-cı ilin yanvar–iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub ki, bu da proqnozdan 848,1 milyon manat çoxdur.


Dövlət Vergi Xidmətinin məlumatına görə, vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 913,3 milyon manat və ya 8,6% artıb.


Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 8 milyard 488,8 milyon manat təşkil edib. Bu göstərici proqnozu 251,8 milyon manat üstələyib və illik müqayisədə 898,4 milyon manat və ya 11,8% artım deməkdir.


Yanvar–iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 37,3 milyon manata çatıb ki, bu da proqnozdan 229,4 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan artıq olub.


Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat təşkil edib. Bu göstərici proqnozu 6,8 milyon manat üstələyib, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 110,2 milyon manata yaxın olub.


İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi isə 606,8 milyon manata yaxın olub. Bu sahədə daxilolmalar proqnozdan 15,6 milyon manat çox olub, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 402,4 milyon manata yaxın təşkil edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol