• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkim ruhi xəstələrin qaçmasından danışdı

Baş həkim ruhi xəstələrin qaçmasından danışdı
28.05.2020 21:43
"Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından ruhi xəstələrin qaçmasından sonra xəstəxananın mühafizəsini təşkil edən polis əməkdaşlarının sayı artırılmasa da, keyfiyyət yüksəldilib. İndi xəstəxananın mühafizəsinin təşkilinə artıq daha təcrübəli və fiziki cəhətdən güclü, idmançı polislər cəlb olunub". Bu barədə Trend-ə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov noyabrın 15-də xəstələrin xəstəxanadan qaçması ilə bağlı məqamlara aydınlıq gətirərkən bildirib.Baş həkim hadisənin baş verməsində müəyyən səhlənkarlığa yol verildiyini də istisna etməyib: "Hər kəs öz işini vicdanla aparsaydı, heç bir şey olmayacaqdı. Ya səhlənkarlıq ediblər, ya bilmirəm nə ediblərsə, bu hadisə baş verib. Həmin xəstələr xeyli müddət xəstəxanada müalicə olunublar. Psixologiyada belə bir sindrom var ki, girov götürülən şəxs vaxt keçdikcə cinayətkara polisdən daha çox hörmət edir. Hətta polis cinayətkarı vurmaq istəyəndə cinayətkarı müdafiə edir. Yəni insanlar yanaşı işləyəndə bir-birinə qarşı sayıqlığı itir". A.Rəsulov qeyd edib ki, bunun üçün sadəcə, təcrübə lazımdır: "Bizdə təcrübəli mühafizəçilər var. Tibb bacısı gəlir dəmir barmaqlıqlı qapının yanına, mühafizəçi görür ki, yaxınlıqda xəstə var, xəstəyə deyir ki, 3-4 addım geri çəkil. Xəstə geri çəkiləndən sonra qapını açır, tibb bacısını içəri işçi zonaya buraxır, sonra bağlayır. Xəstə isə 1-2 saniyəyə özünü qapıya çatdıra bilmir və mühafizəçi qıfılı bağlayır. Bu hadisə baş verən zaman isə tibb bacısı içəri girəndə 3 nəfər xəstə düz onun yanında olub. Qapını açan kimi xəstələr cumublar üstünə. Bununla da istədiklərinə nail olublar". Onun sözlərinə görə, Azərbaycanda ruhi xəstələr barədə insanları maarifləndirməyə ciddi ehtiyac var: "Bu tipli ruhi xəstələrdə yaddaş pozulmur. Təfəkkürdə çox cüzi miqdarda pozuntular olur ki, bu da planlaşdırmaya heç bir təsir göstərmir. Bu xəstələrdə davranışda güclü pozuntular olur, özünü cəmiyyətdə normal apara bilmir. Yəni ruhi xəstə o demək deyil ki, heç nə başa düşmür, heç nə tanımır. O, yalnız qocalıq psixozları və ya alsheymer xəstəlikləri zamanı olur. Camaatda belə bir fikir formalaşıb ki, ruhi xəstələr zəncirli dəlilərdir. Xüsusilə də, Maştağanın adı gələndə buranı dəlixana adlandırırlar. Bu, düzgün deyil. Bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var". Baş həkimin sözlərinə görə, qaçan xəstələrdən biri - 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl polisin müşayiəti ilə könüllü şəkildə geri qayıdıb. Hazırda digər 4 xəstənin geri qaytarılması istiqamətində ciddi işlər aparılır. Qeyd edək ki, noyabrın 15-də saat 06:15 radələrində Bakının Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındıraraq oradan qaçıblar. Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov bir gün sonra - noyabrın 16-da özünü binadan ataraq intihar edib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Cəmiyyət 12:23
Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Cəmiyyət 12:22
Polis vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol