• $
  • €
  • ₽
  • ₺
  • £

Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib

Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var - Yenilənib
12.08.2026 21:06

Xocavənd rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 1989-cu il təvəllüdlü şəxsə üzün və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

***

Xocavənd rayonunda mina partlayışı baş verib.Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Hadisə avqustun 12-də işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində baş verib.

Məlumata görə, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Abbasovun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb.

Partlayış nəticəsində Tovuz rayon sakinləri – 1989-cu il təvəllüdlü Sənan Fərəcov və 2003-cü il təvəllüdlü Fuad Əhmədov xəsarət alıblar.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA vətəndaşları mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol