Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakının üç ünvanında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində Mürsəl Kazımlı küçəsində hərəkət avqustun 21-də saat 19:00-dan, Səbail rayonundakı Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda və Əlibəyov qardaşları küçəsində isə avqustun 22-də saat 09:00-dan məhdudlaşdırılacaq.
Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.