• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ixtisas qrupları üzrə 1 115 plan yeri boş qalıb

Azərbaycanda ixtisas qrupları üzrə 1 115 plan yeri boş qalıb
27.08.2026 12:20

 

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı I–V ixtisas qrupları üzrə ümumilikdə 1 115 plan yeri boş qalıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Ən çox boş plan yeri IV ixtisas qrupu üzrə 407, II qrup üzrə 395, V qrup üzrə 288, III qrup üzrə 25 yer təşkil edib.

I ixtisas qrupunda isə Rİ altqrupu üzrə 416, RK altqrupu üzrə isə 12 abituriyent qəbul ola bilməyib. RK altqrupunda əlavə olaraq ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az olmayan 447 abituriyent var. Rİ altqrupu üzrə bu meyarlara cavab verən abituriyentlərin seçə biləcəyi ixtisaslar üzrə boş plan yeri qalmayıb.

II qrup üzrə boş qalan 395 plan yerinə müsabiqədə iştirak etmək üçün ümumi balı 200-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Bu şərtləri ödəyərək qəbul ola bilməyənlərin sayı 29 nəfərdir.

III qrupda boş qalan 25 plan yerinin hamısı DT altqrupuna aiddir. Burada abituriyentlərin faktiki seçə biləcəyi bir ixtisas – “Kitabxanaçılıq və informasiya” (tədris ingilis dilində) üzrə 5 yer qalıb.

IV qrupda 407 plan yerindən istifadə etmək imkanı olan və qəbul ola bilməyən 138 abituriyent var. Ümumi balı 150-dən, ikinci mərhələ üzrə balı 50-dən az olmayan 161 abituriyent isə yalnız “Bağçılıq və tərəvəzçilik” (tədris ingilis dilində), “Su bioehtiyatları” və “Akvakultura” ixtisaslarını seçə bilər.

V qrup üzrə 288 plan yeri boş qalıb. Bu yerlərin seçimində yalnız xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini ödəyən abituriyentlər iştirak edə bilərlər.

DİM bildirib ki, boş qalan plan yerlərinin müsabiqəsinə ümumi balı 200-dən, ikinci mərhələ üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol