• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edildi

Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edildi
26.11.2013 22:22
Zaqatalada dörd nəfəri güllələyən şəxs həbs edilib.Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu tutulub. S. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. Polisdən həmçinin bildirilib ki, S. Osmanov hadisə zamanı yaralanıbmış. S. Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri elə onun öz əlinə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, hadisənin daha bir iştirakçısı, Balakən rayon sakini Vüqar Lahıcov bu gün səhər saxlanılıb. Məlum silahlı insidentdə əlaqəsi olan daha bir neçə nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol