• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Pərviz Həşimli ilə görüşdü

Ombudsman Pərviz Həşimli ilə görüşdü
26.11.2013 11:50
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Milli preventiv mexanizmin rəhbəri Elmira Süleymanova, Milli preventiv qrupun rəhbəri və monitorinq qrupunun üzvü Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri (MSY) və İstintaq Təcridxanasına (İT) növbəti planlı baxış keçiriblər.Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd orada saxlanılan şəxslərlə görüşmək, saxlanılma şəraiti  və vəziyyəti araşdırmaq olub.  Orada saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb. Müəssisənin tibbi təminat məsələləri araşdırılan zaman tibbi sanitar otağının müasir tibbi avadanlıqla təchiz edildiyi, lazımi dərman preparatları ilə təmin olunduğu, həkimin 24 saat fəaliyyət göstərdiyi müəyyən edilib. Saxlanılan şəxslər qanunvericiliyə uyğun olaraq, gün ərzində 3 dəfə keyfiyyətli qida və 2 saat gəzinti ilə təmin olunduqları məlum olub. Müəssisədə saxlanılan digər təqsirləndirilən şəxslərlə yanaşı, «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimovla da görüş olub, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub. Görüş zamanı P. Həşimov da saxlanma şəraiti və qidalanmadan narazılıq etməyib. Eyni zamanda o, ittiham olunduğu maddələrlə razılaşmadığını, barəsində olan istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışıqları verilməsi, istədiyi qəzetlərlə təmin olunması və Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı Müvəkkilə müraciət edib. Sənədləri ilə tanışlıq zamanı Səbail Rayon Məhkəməsinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərarında icranın MTN-in MSY və İT-yə həvalə olunduğunun qeyd edildiyi müəyyən edilib. Həmçinin, MSY və İT-nin həkimi ilə söhbət zamanı P. Həşimovun müayinə olunaraq onun arzusu ilə elektrokardioqramının çıxarıldığı və narahatlığa səbəb olmadığı bildirilib. Eyni zamanda onun saxlandığı müddətdə vəkilləri ilə 20 dəfədən artıq təkbətək görüşlər keçirdiyi müəyyən edilib. Bundan başqa, P. Həşimovun təcridxanada ümumiyyətlə hər hansı aclıq aksiyası keçirmədiyi, onun gündəlik yeməyi qəbul etdiyi məlum olub. Müvəkkil görüşdən sonra başçəkmənin nəticələrini və P. Həşimovun qaldırdığı məsələləri milli təhlükəsizlik naziri, İstintaq Baş İdarəsinin rəisi və MSY və İT-nin rəisi ilə ayrı-ayrılıqda müzakirə edib, bəzi məsələlərin müsbət həlli razılaşdırılıb.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol