• $
  • €
  • ₽
  • ₺
  • £

Ətrafdakı binalar gecə müşahidələrinə mane olur - Şamaxı Rəsədxanası

Ətrafdakı binalar gecə müşahidələrinə mane olur - Şamaxı Rəsədxanası
25.11.2013 14:57
“Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının gecə müşahidələrinə maneə yaradan amillər mövcuddur”.Bunu APA-ya açıqlamasında rəsədxananın elmi katibi Vaqif Xəlilov bildirib. V. Xəlilov deyib ki, rəsədxanaya yaxın olan yaşayış məntəqələri ən azı 5 kilometr aralı məsafədə yerləşməlidir. Onun sözlərinə görə 60 il əvvəl bu astrofizika rəsədxanası inşa edilən zaman öncə yerləşdiyi ərazinin astroiqlimi tədqiq olunub. Astrofizika rəsədxanasının böyük şəhərlərdən, rayon mərkəzlərindən uzaqda, dağlıq ərazidə tikilməsinin əsas səbəbi gecənin qaranlıq vaxtında səma cisimlərini rahat şəkildə müşahidə etmək olub: “Rəsədxanaya yaxın ərazidə olan yaşayış məntəqələrinin gecə işıqlandırılması rəsədxananın teleskoplarının fəaliyyətinə mane olur. Lampaların işıqları gecə vaxtı teleskopların güzgülərinə düşür və səma cisimlərində baş verən proseslərin dəqiq öyrənilməsinə maneçilik törədir. Bundan əlavə, rəsədxananın yerləşdiyi yer açıq səma altında olmalıdır ki, ulduzları, günəşi, ayı və digər göy cisimlərini rahat şəkildə tədqiq etmək olsun. Burada müşahidələr aparmaq üçün hazırda ilin təxminən 200 günü ərzində açıq səma olur. Bundan əlavə, rəsədxana havanın təmiz olduğu yerdə fəaliyyət göstərməlidir. Avtomobillərin və zavodların təsiri nəticəsində ekoloji cəhətdən çirklənməyə məruz qalan ərazidə göy cisimlərini müşahidə etmək çətinləşir”.  V. Xəlilov son vaxtlar rəsədxananın yaxın ətrafında fərdi yaşayış evlərinin, otellərin tikilməsindən narahat olduğunu bildirib və bunu elmi-tədqiqat işlərinə maneə kimi qiymətləndirib: “Həmin binaların işıqları gecələr rəsədxananın işini xeyli çətinləşdirir. Tikintilər adətən rəsədxanaların ətrafında, yəni ən azı 5 kilometr aralı məsafədə aparılmalıdır. Dünyanın hər yerində bu vacib tələblərə əməl edilir”. Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə ötən həftə keçirdiyi mətbuat konfransında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət etdiyini deyib. Akif Əlizadə bildirib ki, rəsədxana gecə çalışır və binaların işıqları müşahidəyə mane olur. O, bu kimi hallar aradan qaldırılmalı olduğunu vurğulayıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol