• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyadakı azərbaycanlılar belə münasibətə layiq deyillər”

“Rusiyadakı azərbaycanlılar belə münasibətə layiq deyillər”
25.11.2013 14:48
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Rusiyada yaşayan azərbaycanlı miqrantların son durumundan danışıb. Komitə sədri APA-ya eksklüziv açıqlamasında deyib ki, Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlər olduqca narahatlıq doğurur, bu problemlərin həlli istiqamətində Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirir. N. İbrahimov bildirib ki, Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayır: “Hazırda qarşımızda duran prioritet vəzifələrdən biri Rusiyada yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini təkmilləşdirmək və Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının güclənməsinə nail olmaqdır. Bu sahədə də müəyyən planlarımız var. Yaranmış problemlərin həllini nəzərdə tutan bütün ideyalar, təkliflər əlbəttə ki, dərindən öyrənilməli, müzakirə olunmalı və həm Rusiyanın maraqlarına, həm də orada yaşayan miqrantların hüquq və azadlıqlarına xələl gətirməyən həll modeli tapılmalıdır. Hər bir ölkə əlbəttə ki, öz qanunlarını özü müəyyən edir və bu qanunların icrasının təmin olunması da onun suveren hüququdur. Lakin bu qanunların həyata keçirilməsi prosesinin miqrantların insan hüquq və azadlıqlarının pozulması halları ilə müşayiət edilməsi də yolverilməzdir. Təəssüf ki, indiki situasiyada biz bu cür halları tez-tez müşahidə edirik. Bu mənada Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovskiylə görüşdə söylədiyi fikirləri bölüşürük”. Komitə sədri hesab edir ki, Rusiyada azərbaycanlı miqrantlara qarşı yol verilmiş hüquq pozuntuları ciddi araşdırılmalıdır: “Azərbaycanlılar haqqında mənfi ictimai rəyin formalaşdırılması cəhdlərinin qarşısı alınmalıdır. Azərbaycanlılar belə münasibətə layiq deyillər. Çünki Rusiyanın tarixində, müasir dövrdə iqtisadi, mədəni və ictimai-siyasi həyatında çox mühüm rol oynamış yüzlərlə azərbaycanlının adını çəkmək olar. Digər tərəfdən, azərbaycanlılara qarşı təzyiqlər həm də iki ölkə arasında münasibətlərin ruhuna ziddir. Biz qarşılıqlı şəkildə bütün məsələləri müzakirə edə, problemləri birgə aradan qaldıra bilərik. Bunun üçün hər cür imkan var”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol