Emil Qasımova “AzerGold”da yüksək vəzifə verilib
“AzerGold” QSC-də Emil Qasımov İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sektorunun müdiri vəzifəsinə təyin olunub. Bununla bağlı “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb.
Emil Qasımov 2009–2023-cü illərdə “Bakı Metropoliteni” QSC-də müxtəlif mütəxəssis vəzifələrində çalışıb. Daha sonra o, qurumun İnformasiya və Kommunikasiya Texnologiyaları Xidmətinin rəis müavini və Rəqəmsal Layihələrin İdarə olunması şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Qasımov 2023-cü ildən “AzerGold” QSC-də çalışır. O, əvvəlcə Daxili Nəzarət Şöbəsində baş mütəxəssis, daha sonra Risklərin İdarə Olunması və Daxili Nəzarət Şöbəsinin İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Sektorunun müdiri vəzifəsini tutub.