• $
  • €
  • ₽
  • ₺
  • £

"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb

"Birliyin Gücü – 2026" birgə hərbi təlimi başa çatıb
01.10.2026 23:29

Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim Qarabağ iqtisadi rayonundakı “Qızılqaya”, Naxçıvan Muxtar Respublikasındakı “Qarabağlar” təlim mərkəzlərində və Xəzər dənizinin Azərbaycanın ərazi sularında yerləşən “Böyük Zirə” təlim rayonunda keçirilib.

Təlim sentyabrın 21-dən oktyabrın 1-dək davam edib. Onun məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsi olub.

Təlim çərçivəsində müxtəlif döyüş ssenariləri üzrə praktiki və taktiki tapşırıqlar icra edilib. Hərbi qulluqçular yaşayış məntəqələrində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın, obyektlərin ələ keçirilməsi və zirehli texnikanın məhv edilməsi üzrə fəaliyyətlər həyata keçiriblər.

Dənizdə isə PUA hücumunun qarşısının alınması, ələ keçirilmiş gəmi və dəniz obyektinin, eləcə də girovların azad edilməsi və adaya desant çıxarılması üzrə tapşırıqlar yerinə yetirilib.

Təlimin başa çatması münasibətilə keçirilən mərasimdə Azərbaycan, Türkiyə və Özbəkistanın dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinə, döyüş hazırlığının artırılmasına və əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər.

Sonda təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və iştirakçıların təntənəli keçidi keçirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol