Bakıda kütləvi dava zamanı 9 nəfər saxlanılıb, biri deputatın oğludur - video/yenilənib
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
***
Bakının Xətai rayonu ərazisində kütləvi dava baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində insidentdə iştirak edən 9 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tedbirləri davam etdirilir.