• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin qızı və gəlini Şamaxıda sosial tikiş müəssisəsində

Prezidentin qızı və gəlini Şamaxıda sosial tikiş müəssisəsində
26.10.2026 22:34

Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər.

Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlətimizin dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə fəaliyyətini genişləndirərək Şamaxı rayonunun Göylər kəndində filialını açıb. Hazırda hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın çalışır.

Müəssisələrdə tənha analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də işlə təmin olunublar. Əsas hədəf işçi qüvvəsini artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və daha çox ailənin sosial rifahına töhfə verməkdir.

Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva qadınların iş prosesi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Onlar müəssisədə çalışan qadınlarla xatirə şəkilləri çəkdiriblər.

 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol