ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlar başlaya bilər
Amerika Birləşmiş Ştatları noyabrın 3-də Konqresdə baş tutacaq aralıq seçkidən sonra İrana qarşı ehtimal olunan "qısamüddətli və intensiv hərbi əməliyyatlar" haqqında Fars körfəzindəki bəzi dövlətlərə xəbərdarlıq göndərib. Bu barədə məlumatı "The Wall Street Journal" nəşri paylaşıb.
Qeyd olunub ki, Pentaqon Yaxın Şərqdə təhlükə riski daşıyan hərbi bazalardan amerikalı hərbçiləri artıq təxliyə edib. Regiondakı ABŞ Silahlı Qüvvələri silah-sursat ehtiyatlarını yeniləyir, həmçinin bombardmançı və qırıcı təyyarələr hücuma hazır vəziyyətə gətirilir.
Nəşrin verdiyi məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlara yenidən başlamaqla bağlı hələ tam qərarını verməyib. Bununla belə, o, seçki prosesindən sonra hədəfində İranın infrastruktur və nüvə obyektləri olacaq genişmiqyaslı hücumun təşkilinə daha çox meyillidir.
Son xəbərlər