Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Prezident İlham Əliyev Maliyyə Nazirliyinin iri dövlət şirkətlərinin gəlir və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsini ləğv edib.
Dövlət başçısı bununla bağlı 2009-cu il 9 fevral tarixli fərmanla təsdiq edilmiş “Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin sözügedən funksiyanı həyata keçirməsini nəzərdə tutan müddəa Əsasnamədən çıxarılıb.