• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
30.10.2026 13:11

Milli Məclisin deputatı Razi Nurullayev korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

Onun fikrincə, əsas diqqət məlumat verənlərin təhlükəsizliyinin və hüquqlarının qorunmasına yönəldilməlidir.

Razi Nurullayev bildirib ki, vətəndaşlar korrupsiya faktları barədə məlumat verməzdən əvvəl iş yerlərini, gələcəklərini və ailələrinin vəziyyətini düşünürlər. Onun sözlərinə görə, insanlar təzyiqə məruz qalmaqdan, işlərini itirməkdən və müxtəlif maneələrlə üzləşməkdən ehtiyat etdikləri üçün qanunsuzluqlar barədə susmağa üstünlük verə bilərlər.

Deputat məlumat verən şəxslərin kimliyinin məxfiliyinin qorunmasının, onların işdən çıxarılması, vəzifələrinin aşağı salınması və digər təzyiq formalarının qarşısının alınmasının vacibliyini vurğulayıb.

O, eyni zamanda məlumatların obyektiv araşdırılmalı olduğunu, mexanizmin şəxsi münasibətlərin, qisasın və əsassız ittihamların alətinə çevrilməməli olduğunu qeyd edib. Deputatın fikrincə, həm məlumat verən, həm də barəsində məlumat verilən şəxsin hüquqları qorunmalıdır.

Maddi mükafatlandırma məsələsinə münasibət bildirən Razi Nurullayev bunun qanun layihəsində onu narahat edən əsas məqamlardan biri olduğunu deyib.

“Bir məsələni isə açıq və fonsuz dilə gətirmək istəyirəm. Mentalitetimiz və toplum olaraq mental baxışımıza görə xəbərçilik pis hal sayılır. Mental xüsusiyyətimizlə qanunun təsbitini uyğunlaşdırmaq çətin olacaq. Buna görə də mükafatın verilməsini məqbul saymıram, hərçənd ki, mükafat qanunun əsas ana xəttidir”, - deputat bildirib.

O əlavə edib ki, korrupsiya ilə mübarizədə əsas məqsəd mükafat deyil, qanunsuzluqların qarşısının alınması və dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi olmalıdır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Cəmiyyət 13:46
Bağçada direktorun azyaşlıya qarşı fiziki zorakılığı ilə bağlı cinayət işi başlanıb
Ağdam şəhərinə köç olub
Cəmiyyət 13:36
Ağdam şəhərinə köç olub

Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Cəmiyyət 13:21
Noyabrda hava kəskin dəyişəcək- Xəbərdarlıq
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Cəmiyyət 13:20
Qüdrət Həsənquliyev korrupsiya cinayətinin iştirakçıları üçün güzəşt təklif edib
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır
Cəmiyyət 13:11
Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Cəmiyyət 13:09
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Cəmiyyət 12:42
Ağdamda ev bölgüsü parlamentdə mübahisəyə səbəb olub
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Cəmiyyət 12:32
Deputat hakimlərin telefon zənglərinə cavab verməməsindən şikayətlənib
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Cəmiyyət 11:55
Hüquqi yardım ucqar kəndlərdə də əlçatan olmalıdır - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol