2025-ci ildə 60 yaşdan sonra ilk dəfə nikaha girənlərin statistikası
Azərbaycanda 2025-ci ildə 60 və daha yuxarı yaşda 228 kişi və 150 qadın ilk dəfə nikaha daxil olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Həmin yaş qrupunda ümumilikdə 740 bəy və 339 gəlinin nikahı qeydə alınıb.
60 yaşdan yuxarı nikaha daxil olan kişilərin 328-i, qadınların isə 159-u boşanmış, 184 kişi və 30 qadın isə dul olub.
50-59 yaş qrupunda ilk dəfə nikaha daxil olanların sayı kişilər arasında 399, qadınlar arasında 463 nəfər təşkil edib. Bu yaş qrupunda 979 bəy və 738 gəlin nikaha daxil olub.
Onlardan 455 kişi və 244 qadın boşanmış, 125 kişi və 31 qadın isə dul olub.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox