• $
  • €
  • ₽
  • ₺
  • £

İrana keçidlə bağlı yaranmış növbə aradan qalxıb

İrana keçidlə bağlı yaranmış növbə aradan qalxıb
20.11.2013 16:28
Noyabrın 7-dən yük avtomobillərinin Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçməsi ilə bağlı yaranan uzun növbə aradan qalxıb.APA-nın cənub bürosunun xəbərinə görə, hazırda məntəqədə yük avtomobillərinin keçidi qrafikə uyğun həyata keçirilir. Nəqliyyat vasitələrinin qoşqusunda 30 tondan yuxarı ərzaq, digər növ məhsullar, materiallar olan maşınların sürücüləri yüklərini İranın tətbiq etdiyi yeni qaydalara müvafiq azaldaraq, Naxçıvana keçirlər. Naxçıvan Muxtar Respublikasına getməkdən ötrü növbə gözləyən yanacaq dolu yük maşınları isə Bakıya qayıdıb. Həmin maşınların Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədlərini keçməklə yüklərini Muxtar Respublikaya apardıqları bildirilir. Hazırda Azərbaycanın Biləsuvar gömrük-buraxılış məntəqəsinin qarşısındakı avtoparkda sakitlik hökm sürür. Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsultanov APA-nın cənub bürosuna açıqlamasında avtomobillərin növbəsinin aradan qalxdığını təsdiqləyib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol