Bakıda Naxçıvan MR-in Daimi Nümayəndəliyi ləğv edilib

Bakıda Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv edilib. Bununla bağlı qərar noyabrın 5-də imzalanıb və həmin gündən qüvvəyə minib.
Oxu.az xəbər verir ki, qərara əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi beş iş günü müddətində nümayəndəliyin ləğvi ilə bağlı komissiya yaratmalıdır.
Komissiyaya Naxçıvan MR-in İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələri daxil ediləcək.
Komissiya nümayəndəliyin ləğvi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulan məsələlərin həllini təmin etməlidir.
























