• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda yeni körpü tikilir

Qaradağda yeni körpü tikilir
13.11.2026 11:23

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.

Bu barədə agentlikdən bildirilib.

Məlumata görə, bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.

Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.

Son aylarda Qobustan qəsəbəsi ərazisində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Cəmiyyət 11:15
Azərbaycanda akkreditasiya attestatlarının sayı 369-a çatıb
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Cəmiyyət 10:58
Nazirlikdən pambıqçı fermerlərin şikayətləri ilə bağlı açıqlama
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 10:52
Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 10:34
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 09:52
Qızıl və gümüş bahalaşıb
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Cəmiyyət 09:25
MİDA mindən çox güzəştli mənzili satışa çıxarır- Qiymətlər
Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti Göygöldə tapılıb
Cəmiyyət 21:57
Gəncədə itkin düşən 84 yaşlı kişinin meyiti Göygöldə tapılıb
Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında
Cəmiyyət 21:07
Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında
Əli Əhmədovun yerinə Teymur Musayev təyin edilib
Cəmiyyət 15:24
Əli Əhmədovun yerinə Teymur Musayev təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol