• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı

Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
26.11.2026 16:49

Ermənistanın Sünik vilayətinin məhkəməsi Azərbaycan ordusunun əsgəri Nəsimi Musayevin həbs müddətini daha 3 ay uzadıb. Məhkəmə prokurorun vəsatətini təmin edib.

Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 1-də bəyan edib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Hazırda Nəsimi Musayevin Ermənistan Respublikası ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Cəmiyyət 12:27
İlin sonuna qədər daha altı milli texniki reqlamentin qəbulu gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol