• $
  • €
  • ₽
  • ₺
  • £

Doktoranturaya qəbul planı açıqlandı

Doktoranturaya qəbul planı açıqlandı
13.11.2013 16:40

Təhsil Nazirliyi nazirlik sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində doktorantura və dissertanturaya aparılacaq qəbul planının sayını açıqlayıb.

Təhsil Nazirliyinin elm və ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova APA-ya açıqlamasında deyib ki, nazirliyin hökumətə təqdim etdiyi qəbul planı dəyişməyib və Nazirlər Kabineti tərəfindən olduğu kimi təsdiqlənib. Onun sözlərinə görə, doktorantura və dissertanturaya qəbul planı sabah bütün ali məktəblərə göndəriləcək.

O qeyd edib ki, sənəd qəbulunun və imtahanların vaxtı hər bir ali məktəbin özü tərəfindən müəyyən ediləcək və bununla bağlı elan verəcək. Şöbə müdirinin sözlərinə görə, nazirlik tərəfindən son müddət müəyyənləşdirilib ki, doktorantura və dissertanturaya qəbul prosesi yanvarın 15-dək yekunlaşsın və bununla bağlı nazirliyə müvafiq hesabat təqdim edilsin: “Bu il doktorantura və dissertanturaya qəbul imtahanlarında hər hansı bir dəyişiklik olmayacaq. Ümumilikdə isə 2013-cü il üçün doktorant və dissertant hazırlığı üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil və elmi tədqiqat müəssisələrində 900-dən çox plan yeri ayrılıb. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400, o cümlədən dövlət sifarişli 279, ödənişli 121, dissertantlıq yolu ilə hazırlıq üzrə 351, o cümlədən dövlət sifarişli 254, ödənişli 97 yer nəzərdə tutulub.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69, o cümlədən dövlət sifarişli 68, ödənişli 1, dissertantlıq yolu ilə hazırlıq üzrə 93, o cümlədən dövlət sifarişli 89, ödənişli 4 yer nəzərdə tutulub.

Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilən layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti)”. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol