• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda doğum evində ŞOK: abort olunan uşaq yaşadı

Bakıda doğum evində ŞOK: abort olunan uşaq yaşadı
13.11.2013 12:15
Abort edilən körpənin ölmədiyini, hərəkət etdiyini görən ananın vəziyyəti pisləşib və o, huşunu itirib
Bakıdakı Şamama Ələskərova adına Kliniki Doğum Evində (keçmiş 5 saylı doğum evi) tükürpədici hadisə baş verib. 
AzNews.az-ın verdiyi məlumata görə, hadisənin şok yaradan məqamı 6 aylıq dölün hamiləlik pozulduqdan sonra 2 saata yaxın yaşaması olub.
Qadının hamiləliyinə qeysəriyyə əməliyyatı ilə son verilib. Əməliyyat zamanı döl çıxarılaraq kənara qoyulub. Təxminən 1 saatdan sonra isə döl dəfn olunmaq üçün torbada ananın yaxınlarına təhvil verilib.
Bundan sonra dölün ölmədiyi, hərəkət etdiyi məlum olub. Abort edilən körpənin ölmədiyini və hərəkət etdiyini görən ananın vəziyyəti pisləşib və o, huşunu itirib. Bundan sonra körpə yeni doğulanların şöbəsinə yerləşdirilib. Lakin körpə qız 2 saatdan artıq yaşamayıb.
Məlumata görə, hadisənin qanundankənar məqamları olduğu üçün həm doğum evi, həm də ana baş verənləri hüquq-mühafizə orqanlarından gizlədib. Doğum evinin rəhbərliyi isə bu əməliyyatı həyata keçirən tibb işçilərini həmin şöbədən uzaqlaşdıraraq başqa şöbəyə keçirib.
AzNews.az-ın sualını cavablandıran doğum evinin baş həkiminin müavini Aygün Qasımova isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra dəqiq məlumat veriləcəyini bildirib. Baş həkimin müavininin sözlərinə görə, kritik vəziyyətdə, ilk növbədə, ananın həyatı ön planda olur: "Hadisənin olub-olmadığını, hansı şəraitdə baş verdiyini deyə bilmərəm. Bunun üçün araşdırma aparılmalıdır.
Ancaq onu deyə bilərəm ki, 6 aylıq körpənin əməliyyat vasitəsilə götürülməsi ananın səhhətindəki problemlərlə bağlı ola bilər. Elə hallar olur ki, kiçik qeysəriyyə kəsiyi vasitəsilə 5-6 aylıq uşaq götürülür. Ancaq indiki halda abort məqsədilə belə bir addımın atıldığı və uşağın 2 saat yaşadıqdan sonra öldüyü barədə məndə heç bir məlumat yoxdur. Baş həkim Xədicə Əhmədova məzuniyyətdədir, noyabrın 15-də qayıdacaq. Onunla bərabər bu məlumat araşdırılacaq”. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol