• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Aşuradır

Sabah Aşuradır
13.11.2013 10:29
Bu il Aşura günü noyabrın 14-də qeyd ediləcək. Aşura və ya Kərbəla olayları İslam tarixində baş vermiş ən hüznlü hadisələrdən biridir. Hicrətin 61-ci ilinin Məhərrəm ayının ilk günlərində İmam Hüseyn (ə) və tərəfdarları Kərbəla çölündə xəlifə Yezidin ordusu tərəfindən mühasirəyə alınır.İmam Hüseyndən (ə) xəlifə Yezidə beyət etməsini (hakimiyyətini qəbul etməsini) tələb edirlər. Rədd cavabı aldıqdan sonra Hüseyn (ə) və tərəfdarları təslim olmağa məcbur etmək üçün Şam qoşunları suyun qarşısını kəsirlər. Ancaq ölüm təhlükəsi, dözülməz istilər və şiddətli susuzluq Hüseyn (ə) və tərəfdarlarını sındıra bilmir. Nəhayət, Məhərrəm ayının 10-da (ərəbcə "əşərə”, Aşura) bəzi mənbələrə görə 4, başqa mənbələrə görə, 30 min nəfərlik xilafət ordusu son 3 günü susuz mühasirədə qalan İmam Hüseyn (ə) və 72 nəfər tərəfdarına hücum edir. Günortaya qədər Şam ordusu Həzrət Hüseyn (ə) başda olmaqla, bütün tərəfdarlarını (İmam Hüseynin (ə) ortancıl oğlu, həmin vaxt ağır xəstə olan Əli ibn Hüseyndən başqa bütün kişiləri) qətlə yetirir. Şəhidlərin başları nizələrə taxılaraq sağ saxlanılan qadın və qızlarla birlikdə əsir kimi, əvvəlcə Kufə şəhərinə, daha sonra yol üstündə bütün şəhərlərdə nümayiş oluna-oluna Xilafətin paytaxtı Dəməşqə aparılır...Hər il olduğu kimi, bu il də Azərbaycanda Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək. Artıq bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ölkə üzrə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb:1. Yasamal rayonu - Təzə Pir məscidi2. Yasamal rayonu - Hacı Soltanəli məscidi3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi4. Səbail rayonu - İçərişəhər Cümə məscidi5. Suraxanı rayonu - Qaraçuxur məscidi6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi7. Nizami rayonu - Keşlə qəsəbə məscidi8. Sumqayıt şəhəri - Cümə məscidi9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi10. Mingəçevir şəhəri - Heydər məscidi11. Şəki şəhəri - Cümə məscidi12. Lənkəran şəhəri - Böyük bazar məscidi13. Bərdə şəhəri - Cümə məscidi14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Cəmiyyət 10:23
Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol