• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədova YAP-a qayıdır? - AÇIQLAMA

Gülər Əhmədova YAP-a qayıdır? - AÇIQLAMA
27.11.2014 10:54
Sabiq millət vəkili Gülər Əhmədovanın yenidən partiya üzvlüyünə qəbul ediləcəyi ilə bağlı yayılan xəbərlərə Yeni Azərbaycan Partiyasından (YAP) münasibət bildirilib.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, Gülər Əhmədovanın partiya üzvlüyünə qəbul edilməsi yuxarı təşilatların ona qarşı olan münasibətindən aslıdır:“Əvvəlcə onun hərəkət və davranışlarına, yuxarı təşkilatların ona qarşı münasibətinə baxılacaq. Əgər o deputatalığa bərpa olunarsa, onda partiyaya da qəbul olunmalıdır. Əgər onu deputatlığa qəbul etməsələr, biz də onu partiyaya qəbul edə bilmərik. Ona hələ bəraət verilməsi məsələsinə də biz zəmanət verə bilmərik. Onun günahsızlığı təsdiq olunarsa, biz İdarə Heyətinin fikrinə uyğun olaraq müzakirəyə qoyub onu partiyaya qəbul edə bilərik. Həmçinin o, özü partiyaya qəbul olunmaqla bağlı müarciət etməlidir. O, universitetdəki partiya təşkilatında qeydiyyatda idi. O, birinci universitetə müraciət etməlidir. Əgər universitet onu qəbul edərəsə, bu qərarı da biz müzakirə edib, təsdiqləyərik”.Xatırladaq ki, sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videogörüntülər əsasında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə təqsirləndirilmişdi. Bir müddət öncə isə Bakı Appelyasiya Məhkəməsində Gülər Əhmədovanın şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol