• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm sahəsində yenilik

Turizm sahəsində yenilik
02.12.2014 16:41
"Dekabrın 20-25-də Azərbaycanda qış turizm mövsümünün elan edilməsi planlaşdırılır".

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev deyib.

O bildirib ki, nazirlik Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birgə turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək:

"Ötən il "Şahdağ" qış-yay turizm kompleksini 1800 adam ziyarət etmişdi. Biz onların nə geyimini, nə də ayaqqabısını çatdıra bilmədik. Bu il "Şahdağ" qış-yay turizm kompleksinə gedənlər həm xizək, həm geyim, həmçinin də ayaqqabı ilə tam təmin ediləcəklər. Ötən il yaranan problemlər bu il təkrarlanmayacaq", - deyə nazir bildirib. Xidmətlərin qiymətləri barədə də danışan nazir bildirib ki, bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq:
 
"Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur. Ötən il həm Şahdağ, həm də Tufandağda insanların əlindən tərpənmək mümkün deyildi. O qədər insan olduğu halda, hansı sahibkar qiymətləri aşağı salar? Bu, mümkünsüzdür".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol