• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkədən istifadə etməyən deputatlar

Sosial şəbəkədən istifadə etməyən deputatlar
09.12.2014 22:38
Son illər həyatımızın ayrılmaz hissəsinə çevrilən Facebook sosial şəbəkəsindən deputatların da əksəriyyəti istifadə edir. Onların bəziləri hətta bizim də dostluq siyahımızda var. Bəzən millət vəkilləri ilə virtual əlaqə saxlamaq da mümkündür.  Amma bu, bəzi deputatlara aid deyil, bir çoxlarını Facebook-da görə bilmirik.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, saytlardan informasiya alır, sosial şəbəkədən isə istifadə etmir:

"Sosial şəbəkələrdə eybəcərliklərlə, mənəviyyatsızlıqlarla məşğul olurlar. Bu səbəbdən sosial  şəbəkələrdən istifadə etmirəm. Sosial şəbəkələrdə şəxsi maraqları üstün tutaraq insanları təhqir edirlər. Mən belə insanlara acıyıram və nifrət edirəm”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, internetdən sırf informasiya almaq üçün istifadə edir:

"Heç bir sosial şəbəkədə yoxam, bundan sonra da fikrimi dəyişmək niyyətində deyiləm”.

Sosial şəbəkələrdən istifadə etməyənlər sırasında Jalə Əliyeva da var:

"Vaxtım çox məhduddur. İnformasiyanı kimlərinsə vasitəsilə deyil, birinci qaynaqdan-informasiya agentliklərinin, xəbər portallarından almağa üstünlük verirəm. Yalnız informasiya almaqdan ötrü internetdən istifadə edirəm. Heç bir sosial şəbəkədə profilim yoxdur”.

Flora Qasımovanın sözlərinə görə, internetdən yalnız informasiya almaq məqsədilə istifadə edir.

O, sosial şəbəkələrdən istifadə etmir:

"Vaxtım yoxdur, həm də oralar məni maraqlandırmır. Məni yalnız xəbərlər maraqlandırır, onları da internet saytlarından alıram”.

Aqil Abbas deyir ki, yazı-pozu adamı olduğu üçün sosial şəbəkələr ona maraqsız gəlir:

"Fikirlərimi qəzetdə yazıram, televiziyalarda söyləyirəm. Kiminləsə əlaqə qurmaq istəyəndə telefonla danışıram, yaxud görüşürəm”.

Vahid Əhmədov saytları davamlı izləyir. Lakin Facebook və digər sosial sosial şəbəkədən istifadə etmir:

"Boş vaxtım o qədər deyil ki, hər hansı sosial şəbəkəyə xərcləyim”.

Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Facebook və digər sosial şəbəkələrdən istifadə etmir.

Onun fikrincə, Facebook Azərbaycanın  milli mentalitetinə zidd şəbəkədir:

"Mənim o qədər artıq vaxtım yoxdur ki, onu Facebook-a  sərf edim. Mən sözün məsuliyyətini, çəkisini, ölçüsünü bilən adamam. Facebook-da məsuliyyətsiz ifadələr işlədirlər. Daha çox təhqiramiz ifadələr səslənir”.

Bəxtiyar Sadıqov Facebook-dakı çirkabın onun da üstünə düşməməsi üçün bu sosial şəbəkəyə qoşulmur:

"O yerdə ki, insanlar mədəniyyəti gözləmirlər, onlar arasında pərdə yoxdursa, mənim nə işim var orada?!  İnsanlar bir-birinin şərəf və ləyaqətini qorumurlar. Bizim mentalitetimiz var. Elə fikirlər var ki, onu  ictimailəşdirmək olmaz. Ona görə özümü bu sosial şəbəkədə  görmürəm”. //modern.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol