• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimlərdən daha bir ilk

Azərbaycanlı alimlərdən daha bir ilk
09.12.2014 13:54
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri dünyada ilk dəfə olaraq, yeni Günəş elementləri hazırlayıblar. Bununla da Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilmə faizi artrılaraq 18-19%-ə çatdırılıb.
 
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Fizika İnstitutunun direktor müavini Cavad Abdinov deyib.

Onun sözlərinə görə, hazırda dünyada istehsal və istifadə olunan Günəş elementlərinin faydalı iş əmsalı 14-15 faizdir. Başqa sözlə, hazırkı Günəş elementləri Günəşdən aldığı enerjinin 14-15 faizini elektrik enerjisinə çevirir. Yeni elementlər xarici ölkələrdən alınan müasır qurğuların köməyi ilə hazırlanıb.

C.Abdinov deyib ki, müxtəlif yarımkeçirici birləşmələr əsasında Günəş elementlərinin yeni konstruksiyası yaradılıb və struktur sadələşdirilib. Nəticədə həm Günəş elementlərinin hazırlanmasının maya dəyəri aşağı düşüb, həm də faydalı iş əmsalı artırılıb: "Günəş elementi sadəcə bir lövhə deyil. Orada bir neçə təbəqədən ibarət müəyyən struktur elementləri var. Günəş şüası o təbəqələrdən keçib əsas elementin üzərinə düşür. Aydındır ki, həmin təbəqələrdən də keçəndə Günəş şüasının bir hissəsi udulur. Ona görə də Günəş şüasının müəyyən faizi gedib əsas təbəqəyə çatır və elektrik enerjisinə çevrilir. İnstitutun hazırladığı yeni strukturda isə həmin təbəqələrdən bir neçəsi ləğv edilib. Ona görə də Günəş elementlərinin faydalı iş əmsalını artırmaq mümkün olub”.

Onun sözlərinə görə, Günəş elementlərinin faydalı iş əmsalını 30 faizədək qaldırmaq olar. İnstitutun hazırladığı sturkturun nəzəri potensialı da iş əmsalını tədricən 30 faizədək çatdırmağa imkan verər. Bunun üçün texnologiyanı getdikcə təkmilləşdirmək lazımdır.

Direktor müavini bildirib ki, yeni elmi nəticə artıq institut tərəfindən AMEA Rəyasət Heyətində məruzə edilib və bəyənilib. Bu elmi nəticədən respublikada yaradılan texnoparklarda istifadə etmək olar.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol