• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində seminar

Bakı Ali Neft Məktəbində seminar
12.02.2015 11:43
Bakı Ali Neft Məktəbində (BANM) "Halliburton” şirkətinin mütəxəssisləri ARDNŞ-nin tərkibində olan bir sıra qurum nümayəndələri üçün quyuların tamamlanması ilə bağlı seminar keçirdilər.  

Seminarın 1-ci günündə BANM-ın rektoru Elmar Qasımov iştirakçıları və məruzəçiləri Ali Məktəbin kollektivi adından salamladı və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verdi. O,  BANM-in "Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğuladı və  2014-cü ildə  Bakı Ali Neft Məktəbi və "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalandığını xatırlatdı. 

Seminarda "SOCAR- AQŞ” MMC-nin, "Azneft”  İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, "SOCAR ÜMİD" MMC-nin və ARDNŞ-nin  digər struktur qurumlarının mühəndisləri iştirak etdilər.
Seminarın əsas məqsədi "Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara "Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli  xidmət və avadanlıqlar təklif etməkdir. 

İki gün ərzində "Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına "Təhlükəsizlik məsələləri barədə məlumat”,  "”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrinin  işinin təşkili və ümumi imkanları”, "Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”,  "Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, "Tamamlamada axının idarə olunması”, "Halliburton şirkətinin məhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, "Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirildi. 

BANM-də iki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşdı.  

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol