• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK: Özəl ali təhsil müəssisələri güzəştlər etməlidir

TQDK: Özəl ali təhsil müəssisələri güzəştlər etməlidir
13.02.2015 11:07
"Özəl ali təhsil müəssisələri əsasən humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. 

Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən, bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur". "Report" xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 12-ci sayında yer alıb. 

Belə ki, abituriyentlər ərizələrinin ilk mövqelərində əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2014-cü ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4,71 faiz olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0,67 faiz olub. 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox kiçikdir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. 

2010-cu ilə qədər yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə əsasən bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. "Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir", - "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

Jurnalda o da qeyd olunur ki, abituriyent ali təhsil ocağını seçməzdən əvvəl valideynləri, dostları, tanışları ilə məsləhətləşir, maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmaq imkanları, gələcək diplomunun ölkə daxilində və xaricdə tanınması ilə maraqlanır. Bütün bunları nəzərə alaraq, abituriyent meyil göstərdiyi ixtisasların aid olduğu ali təhsil müəssisələri arasında seçim aparır və üstünlük verdiyi ali təhsil müəssisəsinin (müəssisələrinin) ixtisaslarını ərizəsində müxtəlif mövqelərdə qeyd edir.

Abituriyentlərin böyuk bir kütləsinin ixtisas seçimi əsasında ali təhsil müəssisələrinin reytinqi formalaşır. Bu, öz əksini hər bir ali təhsil müəssisəsinin digər ali təhsil müəssisələri ilə rəqabətdə dövlət büdcəsi vəsaiti hesabına təhsil almaq hüququ qazanmış abituriyentləri özünə cəlb etməsində, ali təhsil müəssisələrinin ixtisas kodlarının abituriyentlərin ərizələrində neçənci yerdə göstərilməsində və qəbul olan abituriyentlərin topladıqları balların səviyyəsində tapır.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol