Bakıda sabiq şirkət prezidenti həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ANN.Az-ın APA-ya istinadla verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə. Mustafayev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Ə. Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məlumata görə, Ə. Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























