• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda heyrət doğuran əməliyyat

Bakıda heyrət doğuran əməliyyat
21.02.2015 17:22
7 yaşlı qız uşağının başından böyük ölçülü exinokok kistası çıxarılıb

Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki gün əvvəl aparılan əməliyyat ictimaiyyətin diqqətini çəkib: 7 yaşlı qız uşağının başından böyük ölçülü exinokok kistası çıxarılıb.

ANS PRESS-in məlumatına görə, həmin əməliyyatı xəstəxananın neyrotravma şöbəsinin həkimi Bəhmən Yadigarov aparıb.

O, Azadlıq Radiosuna şişin mənşəyi, insanda necə yaranması, eləcə də belə mürəkkəb əməliyyatların aparılması təcrübəsi barədə müsahibəsində deyib ki, əməliyyat zamanı çox təəccübləndik: "7 yaşlı qız uşağında bu ölçüdə şişə rast gəlinməsi bizi heyrətə gətirdi. 50 yaşlı adamda iri ölçüdə şiş olması təbiidir, amma uşaqda yox.”

Onun sözlərinə görə, Azərbaycanda bundan da çətin neyrocərrahiyyə əməliyyatları aparılır. Ümumiyyətlə, exinokok xəstəliyi Azərbaycanda geniş yayılıb. Xüsusilə, heyvandarlıqla, kənd təsərrüfatı ilə məşğul olan adamlar arasında rast gəlinir. Ancaq bəlkə də dünyada ilk dəfə bu yaşda uşaqda bu ölçüdə şişə rast gəlirik.

O bildirib ki, uşaq vaxtından ev heyvanları ilə əlaqədə olmaq, şəxsi gigiyenaya əməl etməmək, yuyulmamış göyərti yemək bu xəstəliyi yaradır.


ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol