• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Allahşükür Paşazadədən çağırış

Hacı Allahşükür Paşazadədən çağırış
24.02.2015 16:53
Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" adı altında təşkil etdiyi beynəlxalq konfransda iştirak etmək məqsədi ilə 21-24 fevral 2015-ci ildə Məkkədə səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, Səudiyyə Ərəbistanı kralının müşaviri, Məkkə quberniyasının əmiri Xalid Feysəlin açdığı konfransda dünyanın bir çox ölkələrindən ali dini liderlər, islam alimləri, dini işlər üzrə nazirlər və müxtəlif elm və beyin mərkəzlərinin rəhbərləri iştirak edirdi. Konfransı giriş sözü ilə açan İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki konfransın mövzusunun aktuallığına toxunaraq, terrorizmin bütün dünyanı bürüyən bir bəla olduğunu, bu bəlanın qarşısının alınması üçün beynəlxalq ictimaiyyətlə yanaşı bütün dinlərin əl-ələ verməli olduğunu xüsusi vurğulamışdır. İslamın terrora qarşı olduğunu söyləyən Quran ayələrindən sitatlar gətirən Əl-Əzharın şeyxi Əhməd Əl-Tayyib isə bir sıra qərb ölkələrinin terroru İslamla bağlamağa çalışdıqlarını qətiyyətlə pisləmiş, qərb ölkələrindən çox, bu gün müsəlman dünyasının terrordan əziyyət çəkdiyini təəsüflə qeyd edib.

Sonra Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin müraciətini konfrans iştirakçılarına oxuyan Məkkə əmiri Xalid əl-Feysal Səudiyyə dövlətinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolundan danışaraq, ölkəsinin İŞİD-ə qarşı beynəlxalq koalisiyada təmsil olunmasının buna nümunə olduğunu diqqətə çatdırıb.

Tədbirin açılışından sonra günün ikinci yarısı nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib.

Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə vurğulayıb.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirib ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir.

Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən Şeyxülislam Hacı Allahşükür Paşazadə 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanmış, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyni bir daha dəstəklədiyini dilə gətirmişdir. Bu günlərdə Azərbaycan xalqının Xocalı faciəsinin 23-cü il dönümünü qeyd etməyə hazırlaşdığını bildirən Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlman dünyasının bu soyqırım faktına laqeyd qalmamasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra Şeyxülislam Hacı Allahşükür Paşazadə Əl-Əzharın şeyxi Əhməd Əl-Teyyib, İordaniyanın Baş Qazisi Məhəmməd Həlil, Küveyt Əmirinin dini işlər üzrə müşaviri Adil Fəlah, bir sıra ərəb və müsəlman ölkələrinin baş müftiləri və dini işlər nazirləri ilə görüşlər keçirmişdir. Görüşlərdə bütün Qafqazın şeyxini ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevin başçılığı ilə Səfirliyin digər əməkdaşları müşayiət edib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol