• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə yoxsulluq 8 dəfə azalıb

Ölkəmizdə yoxsulluq 8 dəfə azalıb
15.04.2015 09:53
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANS PRESS xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və dəyirmi masalar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. İndiyədək ölkələrimiz arasında 25-dən çox sənəd imzalanmış, ticarət əlaqələri dinamik inkişaf edir, Azərbaycan şirkətləri Serbiyada uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. 

Nazir Şahin Mustafayev deyib ki, Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün sənaye, xüsusilə Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, infrastruktur, turizm və s. sahələrdə geniş imkanlar var. 

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, son 10 ildə ÜDM-in 3 dəfə, dövlət büdcəsinin gəlirlərinin 12,2 dəfə, xarici ticarət dövriyyəsinin 4,3 dəfə artdığını, yoxsulluq səviyyəsinin 8 dəfə azaldığını, işsizliyin 4,9% təşkil etdiyini söyləyib. Hazırda Azərbaycan şirkətləri müxtəlif xarici ölkələrdə uğurla fəaliyyət göstərir. Sənaye, İKT, kənd təsərrüfatı, turizm Azərbaycan iqtisadiyytaının prioritet sahələridir. 

Baş naziri Aleksandr Vuçiç qonaqpərvərliyə görə təşəkkür etmiş, ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Serbiya iqtisadiyyatı barədə məlumat verən A.Vuçiç ölkəsində yol tikintisi sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətinin uğurlu fəaliyyətini diqqətə çatdırıb, Azərbaycan iş adamlarını iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, kənd təs

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol