• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı
07.05.2015 10:35
 
2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi 2015-ci il mayın 7-dən 12-dək aparılır.

ANN.Az xəbər verir ki, TQDK-dan verilən məlumata görə, ixtisaslaşma seçiminə 2015-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar.Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-yə qədər ixtisaslaşma kodunu göstərə bilərlər.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla TQDK-nın internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Magistraturada dövlət hesabına təhsil almış magistrlər yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Xarici dil imtahanını ərəb və ya fars dili üzrə verən bakalavrlar «İxtisaslaşma seçimi cədvəli»nə əsasən, yalnız 38 saylı proqrama aid olan ixtisaslaşmaları və ya 46 saylı proqrama aid olan ixtisaslaşmaları seçə bilərlər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)" ixtisaslaşmasını yalnız Təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. AMEA-nın magistraturasının ixtisaslaşmalarını müsabiqə şərtini ödəməklə bərabər, 2015 ci il mayın 4-dən 8 dək AMEA-da müsahibədən keçərək "məqbul” qiymət almış bakalavrlar seçə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaqdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Zorakılığa qarşı birləşək - Ombudsman
Cəmiyyət 10:13
Zorakılığa qarşı birləşək - Ombudsman
Lənkəranın 7 kəndində işıq olmayacaq
Cəmiyyət 10:04
Lənkəranın 7 kəndində işıq olmayacaq
Kəlbəcərdə 487 milyon manatlıq investisiya yatırılıb
Cəmiyyət 09:37
Kəlbəcərdə 487 milyon manatlıq investisiya yatırılıb
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Cəmiyyət 23:10
Yardımlıda ikinci sinif şagirdinin meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol