• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara şad xəbər

İş axtaranlara şad xəbər
13.05.2015 17:22
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkasını mayın 15-də Naftalan şəhərində keçirəcək.

Nazirlikdən ANS PRESS-ıə verilən məlumata görə, tədbir Naftalan şəhər Məşğulluq Mərkəzinin inzibati binasında (N.Gəncəvi küçəsi, döngə 1) təşkil olunacaq. Əmək yarmarkasında bu şəhərdə fəaliyyət göstərən müəssisələr üzrə 140-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim ediləcək.

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə peşə hazırlığına, müvəqqəti xarakterli və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

2015-ci il üzrə Əmək yarmarkalarına cari ilin mart ayında başlanılıb. Ötən dövrdə Bakının Nəsimi rayonunda və İsmayıllı, Yardımlı, Daşkəsən, Goranboy rayonlarında keçirilən Əmək yarmarkalarında 395 nəfər şəxsə boş iş yerlərinə göndəriş verilib, 22 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol