• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya əlavə polis qüvvələri cəlb olundu

Bakıya əlavə polis qüvvələri cəlb olundu
02.06.2015 10:19
Ölkənin rayon və şəhərlərində qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulmuş qadağa ilə əlaqədar Azərbaycanın bütün bölgələrindən yol polisi əməkdaşları Bakıya ezam edilib.

APA-nın məlumatına görə, əyalətlərdən ezam edilən yol polisi dəstələri Bakıda yol hərəkətinin nizamlanmasına yardım edir.

Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərinə xəbərdarlıq edilib ki, həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar.

Əhalidən, həmçinin həmin müddətdə sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə "Xırdalan dairəsi” ərazisində yerləşir. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.

Bakıya yalnız ərzaq və kənd təsərrüfatı məhsulları gətirən avtomobillər buraxılır. Amma onlar üçün də saat məhdudiyyəti var. Belə ki, həmin maşınlar gecə yarısından səhər saat 5.00-a qədər paytaxta daxil ola bilərlər. Bakının mərkəzinə böyük yük maşınları da buraxılmır. Şəhərin müxtəlif ərazilərində xüsusi postlar yaradılıb və 24 saat ərzində yol polisi əməkdaşları növbə çəkir

Məlumat üçün bildirək ki, Bakıya giriş qadağası Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan maşınlara da aiddir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol