• $
  • €
  • ₽
  • ₺
  • £

“Yerli Gənc” Proqramı çərçivəsində Separadi kəndində təlim keçirilib

“Yerli Gənc” Proqramı çərçivəsində Separadi kəndində təlim keçirilib
14.07.2015 14:06
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı davam edir. 

Proqram çərçivəsində Lənkəran şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Separadi kənd bələdiyyəsi, eləcə də ARGTMŞ-ın üzvü olan "Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının (MAGİYA) tərəfdaşlığı ilə Lənkəran rayonu Separadi kəndində təlim sessiyası keçirilib.

Təlim kənd gənclərinin fərdi inkişaf sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycanda gənclər üçün yaradılan imkanlar ilə bağlı məlumatlandırılması məqsədi ilə təşkil olunub.

Tədbirdə Separadi kəndinin 14-29 yaşlı gəncləri iştirak edib. Tədbirə "Yerli Gənc” proqramının təqdimatı ilə start verilib və iştirakçılar proqram haqqında geniş məlumat əldə ediblər. Təlim zamanı iştirakçılara fərdi inkişaf, könüllülük, gənclər siyasəti, gənclərlə bağlı Dövlət Proqramları, Azərbaycanda gənclər üçün yaradılan imkanlar barəsində məlumat verilib. Müxtəlif qrup işləri və komanda oyunları ilə reallaşan təlim sessiyası çərçivəsində iştirakçılar əldə etdikləri bilikləri təcrübədə həyata keçirmək imkanı qazanıblar. Daha sonra, iştirakçılar ilə qeyd olunan mövzularda fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilmişdir. Kənd təsərüfatının inkişafı burada yaşayan və fəaliyyət göstərən əhalinin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə sıx bağlıdır. Cari ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilməsi kəndlərdə insan kapitalının, xüsusən də əhalinin ən fəal təbəqəsi olan gənclərin bilik, bacarıq və ictimai fəallığının artırılmasını zəruri edir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir.

"Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol