• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan tarixi” fənninin ləğvi təklifi barədə deyilənlər əsassızdır”

“Azərbaycan tarixi” fənninin ləğvi təklifi barədə deyilənlər əsassızdır”
17.07.2015 13:29
"Artıq bir neçə gündür ki, müxtəlif xəbər saytlarında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən ümumtəhsil məktəblərinin tədris planından "Azərbaycan tarixi” fənninin çıxarılması barədə heç bir əsası olmayan informasiyalar gedir. İnstitutla dəqiqləşdirilmədən, aydınlaşdırılmadan yayılan bu məlumatlar tamamilə yanlışdır”.

Bunu APA-ya Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib.
 
Direktor bildirib ki, Təhsil Problemləri İnstitutu "Azərbaycan tarixi” fənninin tədris planında xüsusi yer tutmasını dəstəkləyir: "Xalqımızın tarixini, keçmişini və bu gününü öyrənmək, onun maddi-mənəvi, mədəniyyət abidələri barədə biliklərə yiyələnmək hər bir Azərbaycan vətəndaşının borcudur. Hər kəs bu vətəndaşlıq məktəbini keçməlidir. Bunun üçün birinci növbədə Azərbaycanın tarixini dərindən öyrənmək vacib hesab edilir. Təhsil Problemləri İnstitutu bütün fənlərə, xüsusi olaraq "Azərbaycan tarixi”, "Azərbaycan coğrafiyası”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili” fənlərinə bu mövqedən yanaşır, onların tədris planında xüsusi yer tutmasını dəstəkləyir. İnstitutun orta məktəbdə "Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı mövqeyi ondan ibarətdir ki, "Azərbaycan tarixi” varlığımızı övladlarımıza bir xalq olaraq öyrədə bilən, qürur hissi formalaşdıran fənn kimi tədris olunsun. Şagirdlərin sivilizasiyaların inkişafı ilə bağlı tarixi düşüncə tərzi ilk növbədə məhz "Azərbaycan tarixi” fənni əsasında formalaşsın. Təbii ki, ümumi təhsilin yeni məzmunun formalaşmasında bu bizi düşündürməli, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli və effektiv öyrədilməsi ilə bağlı nəticələrə gətirib çıxarmalıdır”.
 
Q. Novruzov qeyd edib ki, heç bir əsası olmayan informasiyaların Təhsil Problemləri İnstitutu ilə dəqiqləşdirilmədən məqsədli şəkildə yayılması narahatedici haldır: "Bütün bunların əvəzində əsası olmayan şayiələrin yayılması və müəyyən dedi-qodu sahiblərinin bu fikirləri yayması təəssüf doğurur. Yaxşı olardı ki, onlar bu müqəddəs missiyanın həyata keçirilməsi üçün məktəbdə Azərbaycan tarixinin vətəndaş təfəkkürünün  formalaşdırılması baxımından tədris keyfiyyətinin yaxşılaşdırılması üçün konstruktiv təkliflərini versinlər”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutu Təhsil Problemləri İnstitutunda orta məktəblərdə "Azərbaycan tarixi” fənninin tədrisinin ləğv olunması barədə məsələnin müzakirə olunması barədə bəyanatla çıxış edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol