• $
  • €
  • ₽
  • ₺
  • £

Yol Polisindən sürücülərə xəbərdarlıq

Yol Polisindən sürücülərə xəbərdarlıq
30.07.2015 15:12
Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.
 
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. O, bu cür halların yolverilməz olduğunu deyib və sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağa çağırıb: "Yay mövsümü ilə əlaqədar olaraq yüngül ayaqabbılar, çəkələklər geyinib avtomobil idarə edirlər. Çəkələklə avtomobil idarə etmək çox təhlükəlidir. Qeyd edim ki, çimərliklərdən şəhər istiqamətinə və ya əksinə yollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda görürük ki, əksər hadisə məhz sürücülərin çəkələklərdən istifadə etməsi nəticəsində baş verib”.

V.Əsədov belə hallarla rastlaşdıqları halda sürücülərə ən yüksək cəzaların veriləcəyini istisna etmir: "Bununla əlaqədar bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol