• $
  • €
  • ₽
  • ₺
  • £

Tale Bağırzadə azadlığa buraxıldı

Tale Bağırzadə azadlığa buraxıldı
31.07.2015 10:27
İlahiyyatçı Hacı Tale Bağırzadə azadlığa çıxıb.

"Report”un xəbərinə görə, o, ötən gün gecə saatlarında Qobustan qapalı tipli həbsxanasından çıxaraq evinə yollanıb.

Qeyd edək ki, T.Bağırzadə 2013-cü ilin martın 31-də həbs olunub. İttiham aktına görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Tale Bağırzadədən isə 1,026 qram heroin götürülüb. İlahiyyatçı haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi qaldırılmışdı. Saxlanılan zaman Tale Bağırzadənin yanında olan sürücüsü A.Məlikov barəsində isə 228.1 maddəsi (qanunsuz silah saxlamaq) ilə cinayət işi açılmışdı.

T.Bağırzadə 1984-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin may ayına qədər isə İraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol