• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan qayıdan ermənilərin məhkəməsi başlayır

Bakıdan qayıdan ermənilərin məhkəməsi başlayır
31.07.2015 11:34
Ermənistanda bir müddət Azərbaycanda yaşayıb geri qayıtmış Yeqişe Gevorkyanın məhkəmə başlayır. 

ANS PRESS-in məlumatına görə, proses Vedi şəhərində Vayotsdzor vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsində keçiriləcək. İlk iclas avqustun 13-ə təyin edilib. Məhkəməni hakim Levon Arazyan aparacaq. 

Ermənistandan Azərbaycana keçən, daha sonra ölkəsinə təhvil verilən Gevorkyan ailəsi haqqında açılan cinayət işinin istintaqı başa çatıb.

Erməni ailə 5 il Bakıda yaşadıqdan İrəvana qayıdanda sonra nankor açıqlamalar verib

52 yaşlı Yeqişe, arvadı Ruzanna və üç uşağından ibarət Gevorkyan ailəsi 10 yanvar 2010-cu ildə Ermənistan-Azərbaycan sərhədini keçib və Naxçıvan Muxtar Respublikasına daxil olub. Gevokyan ailəsi Ermənistana 12 dekabr 2014-cü ildə qaytarılıb. 

Yeqişe Gevorkyan və onun ailəsi Ermənistan qaçaraq Azərbaycan tərəfinə keçdiyi üçün onlar haqqında İrəvanda cinayət işi açılmışdı. Gevorkyan ailəsi Ermənistana təhvil veriləndə isə həbs qətiimkan tədbiri Ermənistandan çıxmama haqda iltizamla əvəzlənmişdi.

Ailənin başçısı Y.Qevorkyan Azərbaycan ərazisinə vətəndaşı olduğu ölkədə təqiblərə məruz qaldığı üçün "Yeraz” markalı maşınla Ermənistanın Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazisini Ermənistan hərbçilərinin intensiv atəşi altında özünün və ailəsinin həyatını riskə ataraq keçmişdi. Y.Qevorkyan və həyat yoldaşı R.Mardanyan ailəsi ilə birlikdə Azərbaycana keçdikləri gün - 2010-cu il yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.

Prosedura uyğun olaraq onların müraciəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinə göndərilmiş və bu qurum tərəfindən ailəyə qaçqın statusu verilərək göndərilmələri üçün ölkənin müəyyənləşdirməsi işinə başlanmışdır. Lakin 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, erməni ailəsini qəbul edəcək ölkə tapılmamış və nəhayət onlar aid olduqları ölkəyə qayıtmaq barədə qərar vermişdilər.

Azərbaycandan Ermənistana qaytarılan Gevorkyan ailəsi erməni xislətini bir daha nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, qarşı tərəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhfil verilmiş ailə üzvləri Ermənistan mətbuatına qayıtdıqları ilk gündə yalan açıqlamalar veriblər.
Gevorkyan ailəsinin başçısı Yeqişe Petrosoviç girovluqda olarkən qul kimi saxlanıldıqlarını iddia edib. 4 il Azərbaycanda saxlanılan erməni ailəsi hətta döyüldüklərini və onlara cərəyan verildiklərini deyib. 

Lakin paytaxtımızda olduqları müddətdə ANS-ə müsahibə verən erməni ailə Azərbaycanda olarkən ailə saxlanılma şəratindən razılıq etmişdi. Ailə üzvləri Ermənistana qayıtmaq istəmədiklərini və öz ölkəsindən fərqli olaraq Azərbaycanda qarın dolusu yemək yediklərini söyləmişdilər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol