Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirir

21:08 | 22.08.2016
Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirir

Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçirir

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu "Ulji Freedom Guardian” adlı birgə hərbi təlimlərə başlayıb.
 
APA-nın Renhap agentliyinə istinadən verdiyi xəbərə görə, irimiqyaslı hərbi təlimlərdə 25 min ABŞ və 50 min Cənubi Koreya hərbçisi iştirak edir. Təlimlərə həmçinin Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zelandiya hərbçiləri cəlb edilib. Təlimlər sentyabrın 2-dək davam edəcək.
 
Rəsmi Pxenyan, öz növbəsində,  təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb