Cerard: "Karyeramda ən önəmli aydır"

19:35 | 14.04.2014
Cerard: "Karyeramda ən önəmli aydır"

Cerard: "Karyeramda ən önəmli aydır"

"Liverpul" klubunun kapitanı Stiven Cerard Premyer Liqanın sonuncu turunda məğlub etdikləri "Mançester Siti" ilə oyun haqda danışıb.Qol.Az-ın məlumatına görə, ingilis futbolçu klubun rəsmi saytına açıqlamasında bu ayın onun karyerasında çox önəmli olduğunu bildirib:"İlk 30-35 dəqiqədə əla təsir bağışladıq. Fasiləyə qədər "Mançester Siti"yə 3-4 qol da vura bilərdik. Belə futbolçularla bir komandada çıxış etdiyim üçün çox şadam. Futboldan böyük zövq alıram. Bu günümə qədər çox enişli-yoxuşlu illərim olub. Ancaq hazırda özümü 21 yaşındakı kimi hiss edirəm. Artıq bu ay karyeramda çox önəmlidir. Bu uğurumuzu məntiqi sonluqla başa çatdırmaq üçün əlimizdən gələni edəcəyik".Qeyd edək ki, "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edən "Liverpul" 77 xalla turnir cədvəlinə başçılıq edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb